21 iyul 2014 15:12
Qarabağın rəqibi Bakıdadı
“Valletta” klubu “Qarabağ”la keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı üçün Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, Malta təmsilçisinin üzvləri artıq Bakıdadı və “Teatro” otelində məskunlaşıb.
Qeyd edək ki, Ağdam klubu ilk matçda səfərdə “Valletta”nı 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü isə sabah keçiriləcək.
