21 iyul 2014 14:22
Millimiz İspaniya, Çexiya və Bolqarıstanla eyni qrupda
2015-ci ildə Portuqaliyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası İspaniya, Çexiya və Bolqarıstan yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları sentyabrın 4-dən 14-dək İtaliyada keçiriləcək. (AFFA)
