21 iyul 2014 14:01
Yossi Benayun Simurqla oyundan danışdı
İsrailin "Makkabi" (Hayfa) klubunun kapitanı Yossi Benayun "Simurq"a qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Belə oyunlar yeni mövsümə hazırlaşan komandaya hər zaman lazımdı. Düzdü, bu gün hər şey futboldakı kimi deyildi. Oyunçularımızın çoxu vətəndə baş verən hadisələri düşünürdülər. Həlak olanların ailələrinə başsağlığı veririk".
