21 iyul 2014 13:50
Məmmədovun Xəzər Lənkərana keçidi baş tutmadı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Aqil Məmmədovun "Xəzər Lənkəran"a keçidi alınmayıb. Azerisport.az xəbər verir ki, qolkiper "Bakı"da qalmağa qərar verib.
Onun cənub klubuna keçəcəyi gözlənilirdi. Lakin məlum olmayan səbəblərdən bu transfer alınmayıb və futbolçu hazırkı klubunda qalmalı olub.
Məmmədov saytımıza açıqlamasında məlumatı təsdiqləyib: "Doğrudan da başqa kluba keçmək variantı var idi. Amma mən "Bakı"da qalmağa qərar verdim".
