21 iyul 2014 01:07

AZAL - Mersin İdmanyurdu matçında nələr baş verdi?

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL ötən gün növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" Gerede bölgəsində yerləşən “Dorukkaya” otelinin meydançasında yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.

Qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL əzmkar qələbə qazanıb. Hərçənd, ilk yarıda ələ düşən imkanlardan faydalana bilməyən komanda fasiləyə yenik durumda yollanıb. Rəqib hissənin sonlarında hesabı açıb. Amma ruhdan düşməyən “təyyarəçilər” ikinci yarıda oyunda dönüş yarada bilib. Əvvəlcə 78-ci dəqiqədə Rəşad Abdullayev penaltidən hesabı bərabərləşdirib. 85-ci dəqiqədə isə Təmkin Xəlilzadə baxışda olan Con Enrike Kordoba ilə divar paslaşmasından sonra uzaqdan baxımlı qola imza atıb. Beləliklə, AZAL 2:1 hesabı ilə qalib gəlib.

Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov (Stanislav Namaşko, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 78), Oskar Klyava, Xuanxo Pereyra, Şəhriyar Rəhimov (Xuanfran, 74), Kərim Diniyev (Təmkin Xəlilzadə, 55), Orxan Lalayev (Laşa Kasradze, 46), Rəşad Abdullayev (Orxan Səfiyaroğlu, 85), Cimmi Duqlas (Viktor İbekoyi, 46), Tomi Kostadinov (Aydın Qasımov, 69), Yosip Maroşeviç (Con Enrike Kordoba, 46).

Xatırladaq ki, Türkiyədəki ilk yoldaşlıq görüşündə AZAL İran U-21 millisi ilə 2:2 bərabərə qalmışdı. Onu da əlavə edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 23-də keçirəcək və rəqib Türkiyə Superliqasının yeni təmsilçisi “Balıkəsirspor” olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.