20 iyul 2014 00:12

Muntyanu: İşlərimizi bu istiqamətdə qururuq

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu hazırda Hollandiyada təlim-məşq toplanışını davam etdirən komandasının hazırlıq durumu, məşqlərin gedişi və digər məsələlər barədə açıqlama verib. Azerisport.az rumıniyalı mütəxəssisin fikirlərini sizlərə təqdim edir:

"Hazırlığımız plana uyğun olaraq davam edir. Komanda səylə, əzmlə çalışır. Futbolçuların çalışqanlığından razıyam. Bu gün futbolçular laktat testdən keçirildi. İki gün ərzində bu testin cavablarını alacağıq. Bundan sonra komandanın fiziki durumunun hansı səviyyədə olduğu bizim üçün tam aydın olacaq. Hazırda komandanın komplektləşməsi üzərində çalışırıq. Heyətdə yeni futbolçular var. Başqa yeni futbolçu və ya futbolçuların da yaxın zamanda bizə qoşulması gözlənilir. Məqsədimiz komandanı çempionatın startınadək maksimum yaxşı duruma gətirməkdi".

Baş məşqçi Topaz Premyer Liqasının ilk həftəsində "Qəbələ"nin üz-üzə gələcəyi rəqib - "İnter" barədə düşüncələrini də söyləyib:

"Rəqibimiz qısa müddətdi ki, müəyyənləşib. Yəni püşkatmanın üzərindən bir gün keçib. "İnter" güclü komandadı. Hazırda rəqibimizin araşdırılması istaqamətində işlər görürük. Məşqçi heyəti ilə "İnter"i ətraflı şəkildə analiz edəcəyik. Onların güclü və zəif tərəflərini araşdıracağıq. Çempionata yaxşı, uğurlu nəticə ilə başlamaq istəyirik. İşlərimizi də bu istiqamətdə qururuq". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.