20 iyul 2014 12:30
Lokomotivdən ayrılıb, AZAL-a keçdi
Bolqarıstan mətbuatı bu ölkənin "Lokomotiv" klubunda forma geyən braziliyalı yarımmüdafiəçi Everton Tom Fernando Cilionun Azərbaycan Premyer Liqasında çıxış edən komandalardan birinə keçməyə hazırlaşdığını xəbər yaymışdı. Azerisport.az xəbər verir ki, artıq onun hansı klubumuza keçmək istədiyi bəllidi.
Belə ki, Everton hazırda AZAL-ın düşərgəsindədi. O, yeni komandasının İranın gənclərdən ibarət yığmasına qarşı keçirdiyi yoxlama matçında iştirak etməyə də imkan tapıb.
