20 iyul 2014 21:55
Sumqayıt Bunyodkora qalib gəldi
Yeni mövsümə Türkiyədə hazırlaşan "Sumqayıt" bu gün qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrinin gücünü "Bunyodkor"la (Özbəkistan) görüşdə sınayıb.
Qarşılaşma Azərbaycan klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
Bu oyundan öncə "Sumqayıt" İran təmsilçisi "Perspolis"lə qarşılaşmış və 2:3 hesablı məğlubiyyətlə üzləşmişdi.
Yoxlama oyunu
20 iyul
Sumqayıt - Bunyodkor - 1:0
