Qarabağın potensial rəqibi Rapidə 6 qolla qalib gəldi
Futbol üzrə Avstriya Bundesliqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Zalsburq" klubu ölkə çempionatının yeni mövsümünə möhtəşəm qələbə ilə start verib.
ÇL-in ikinci təsnifat mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sının ən güclüsünün yolunu gözləyən "Zalsburq"un milli birincilkdəki ilk rəqibi Vyana "Rapid"i olub. Qarşılaşma "Zalsburq"un 6:1 hesablı qələbəsiylə başa çatıb. Zalsburqluların heyətində Ulmer, Alan, Mane, Kampl və dubla imza atan Soriano fərqlənib. "Rapid" yalnız 90-cı dəqiqədə, hesab 6:0 olarkən penaltidən təsəlli qolunu vura bilib.
"Zalsburq" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Qulaşi, Şveqler (Ankersen, 75), Şimer (Ramalho, 55), Hintereqqer, Ulmer, İlsanker (Sabitzer, 65), Leytqeb, Kampl, Mane, Soriano, Alan.
