20 iyul 2014 11:55
Hafiz Məmmədovun klubunun azarkeşləri etiraz aksiyası keçirdi
Fransanın "Lans" klubunun azarkeşləri etiraz aksiyası keçiriblər. Azerisport.az xəbər verir ki, azərbaycanlı iş adamı, "Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu klubun fanatları bu komandanın Liqa 1-ə buraxılmamasına etirazlarını bildiriblər.
Aksiyada 800-ə yaxın tərəfdarın iştirak etdiyi bildirilir. Aksiyaçılar "Biz Liqa 1-i istəyirik" kimi şüarlar və "Lans"a aid mahnılar oxumaqla klub prezidenti Jerve Martelə, eləcə də Hafiz Məmmədova etirazlarını bildiriblər.
