20 iyul 2014 20:30
Öncə Acius, sonra Qurbanov
Çempionlar Liqasnın II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 21-də 18:45-də “Valletta”nın baş məşqçisi Jilbert Acius mətbuat nümayəndələrinin önünə çıxacaq.
Maltalıların məşqi isə 19:00-da start götürəcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə 19:45-də mətbuat konfransına çıxacaq. “Qarabağ”ın oyunöncəsi məşqi isə 20:00-da başlayacaq.
Xatıradaq ki, “Qarabağ” – “Valletta” oyunu İyulun 22-də 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
