20 iyul 2014 18:25
XL Gürcüstanda 5 sınaq matçı keçirəcək
Mövsümlərarası fasilə dönəmində “Xəzər Lənkəran”ın əvəzedici komandası ikinci hazırlıq planına uyğun olaraq Gürcüstana yola düşüb. Azerisport.az xəbər verir ki, hazırlığın ilk dönəmini Lənkəranda keçirən gənclər qonşu respublikada iki həftəlik toplanışda olacaqlar.
Komanda burada 5 yoxlama oyununa çıxacaq. (klub saytı)
