20 iyul 2014 21:00
AZAL Türkiyə klubuna qalib gəldi
Yeni mövsümə Türkiyədə hazırlaşan AZAL bu gün qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Tərlan Əjmədov yetirmələrinin gücünü yerli "Mersin İdmanyurdu"ilə görüşdə sınayıb.
Qarşılaşma "təyyarəçilər"in qələbəsiylə başa çatıb.
Bu oyundan öncə AZAL İranın gənclərdən ibarət yığması (U-21) ilə qarşılaşmış və 2:2 hesablı heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
20 iyul
AZAL - Mersin İdmanyurdu - 2:1
