20 iyul 2014 15:00
SOCAR Qalatasaraya titul sponsorluğu edə bilər
Türkiyənin "Qalatasaray" klubu titul sponsoru axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Super Liqa nəhəngi hələ də yeni sponsorla anlaşa bilməyib.
Daha öncə "Emirates", "Samsung" və "Gazprom" firmaları gündəmə gəlsə də, onlarla anlaşmaq mümkün olmamışdı. Yeni iddia Azərbaycanın SOCAR şirkətidi. Yerli mətbuatın iddiasına görə, Türkiyə bazarına girməyə çalışan Azərbaycan şirkəti "Qalatasaray"la görüşlərə başlayıb. İddialara görə, SOCAR qarşı tərəfə 20 milyon avroluq rekord təklif ünvanlayıb.
Digər bir iddia isə Qazaxıstanın mədən firması olan "Kazakhgold"du. Hazırda Türkiyə klubu bu iki şirkətlə danışıqları davam etdirir. Onlardan hansının seçiləcəyinə isə yaxınlarda aydınlıq gəlməlidi.
