20 iyul 2014 14:45
İnterin istədiyi forvardın transferi alınmadı
"İnter" klubunun hücumçu axtarışları nəticəsiz qalıb. Azerisport.az xəbər verir ki, komanda danışıq apardığı əcnəbi forvardın transferi alınmayacaq.
Buna səbəb legioner futbolçunun əvvəlcədən tələb etdiyi məbləği artırmasıdı. Buna görə bankirlər danışıqları dayandıraraq onun transferindən imtina edib.
Qeyd edək ki, "İnter"in transfer axtarışları davam edəcək.
