20 iyul 2014 14:00

Azərbaycanın UEFA-dakı ən yaxşı göstəricisi Neftçiyə məxsusdu

UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, siyahıda yeddi Azərbaycan klubu var.

Onların arasında ən yaxşı göstərici vaxtilə Avropa Liqasının qrup mərhələsində çıxış etmiş "Neftçi"dədi. Bu komanda 7,475 xalla 454 Avropa təmsilçisi arasında 187-ci sırada qərarlaşıb.

"Qarabağ" 6,975 xalla 197-ci pillədədi. "İnter" təmsilçilərimiz arasında üçüncüdü - 4,475 xalla 267-ci.

Digər təmsilçilərimizə gəlincə, "Xəzər Lənkəran" 3,725 xalla 298-ci, "Bakı" 2,725 xalla 349-cu, "Qəbələ" və AZAL eyni xalla (2,225) xalla 382-cidi.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi - Malta "Vallettas"ı 4,841 xalla 257-cidi. "İnter"in Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi İsveç "Elfsborq"u 9,965 xalla 141-ci pillədə qərarlaşıb. "Neftçi"nin bu turnirdəki rəqibi "Koper" (Sloveniya) isə 3,900 xalla 288-cidi.

Qeyd edək ki, Azərbaycan UEFA reytinqində hazırda 54 ölkə arasında 9,875 xalla 30-cu pillədə qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.