20 iyul 2014 22:10
Simurq Makkabiyə uduzdu
Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Simurq" bu gün sözügedən ölkədəki təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi ilk sınağında İsrail "Makkabi"si (Hayfa) ilə üz-üzə gəlib.
Görüş İsrail klubunun inamlı qələbəsiylə başa çatıb.
Yoxlama oyunu
20 iyul
Simurq - Makkabi (Hayfa) - 0:2
