20 iyul 2014 01:07
Lokomotivin futbolçusu Azərbaycan klubuna keçir
Bolqarıstanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi Everton Tom karyerasını Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu son klubu ilə yollarını ayırıb.
Bolqarıstan təmsilçisinin rəhbərliyi onunla yeni müqavilə bağlamaq istəsə də, o, Azərbaycandan daha sərfəli təklif aldığı üçün, bolqarlarla razılaşmayıb.
Bu barədə məlumat yayan Bolqarıstan mətbuatı futbolçunun Topaz Premyer Liqasında çıxış edən klublarımızdan biri ilə müqavilə bağlamağa hazırlaşdığını yazsa da, klubun adı açıqlanmır.
