19 iyul 2014 00:56
Zalsburqun baş məşqçisi Qarabağla Vallettadan danışdı
“Zalsburq” (Avstriya) klubunun baş məşqçisi Adolf Hütler Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri “Qarabağ” və “Valletta” ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, klubunun rəsmi saytına danışan 43 yaşlı mütəxəsiss bu sözləri deyib:
“Hazırda potensial rəqiblərimizlə bağlı çox danışa bilmirik. Amma çalışacağıq ki, həmin rəqiblər haqqında tezliklə çoxlu məlumat toplayaq ki, onların öhdəsindən gələ bilək. Biz bu səddi keçmək üçün yaxşı köklənməliyik”.
