19 iyul 2014 00:12
Qoran Qaleşiç: Neftçi maraqlı komandadı
Sloveniyanın "Koper" klubunun futbolçusu Qoran Qaleşiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Stadiondakı azarkeşlər öz komandalarını çılğıncasına dəstəkləyirdilər. Hətta komandaları uduzmasına rəğmən. Üstəlik, çox isti hava var idi. Amma biz intizamlı oyunumuz sayəsində istəyimizə çatdıq. Artıq cavab oyunu öncəsi üstünlüyümüz var. "Neftçi" çox maraqlı komandadı. Braziliyalıları daha təhlükəlidi. "Koper"ə cavab matçında çətin olacaq, amma biz uğur qazanacağımıza inanırıq".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.
