19 iyul 2014 20:00
Pletikoşa yığmamıza qarşı oynamayacaq
Rusiyanın "Rostov" klubunun qapıçısı Stip Pletikoşa Xorvatiya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb. Azerisport.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun özü məlumat verib:
"Mən bu barədə hələ DÇ-2014-dən əvvəl qərar vermişdim. Bəzi oyunçular da bunu bilirdi. Artıq hər şey geridə qaldı. Gənclərə yol vermək lazımdı".
Qeyd edək ki, Pletikoşa yığmada çıxış etdiyi 15 il ərzində 114 oyunda meydana çıxıb.
Onu da bildirək ki, Xorvatiya Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən biridi.
