19 iyul 2014 19:30
Rəvan sabiq futbolçusunun yeni kluba keçidinə problem yaradır
"Rəvan"ın sabiq müdafiəçisi Sohib Savankulov özünə yeni klub tapsa da, onunla müqavilə imzalaya bilmir. Azerisport.az xəbər verir ki, o, hazırda "İstiqlal"ın düşərgəsində məşq edir.
Lakin Tacikistan yığmasının üzvünün bu klubla müqavilə bağlaması problemə çevrilib. Buna səbəb isə "Rəvan"ın sözügedən oyunçunun transfer vərəqini verməməsidi.
Savankulov saytımıza açıqlamasında yaranan vəziyyəti belə şərh edib: "Hə, keçmiş komandam "İstiqlal"ın düşərgəsinə qayıtmışam. Məşqçilər korpusu məni Düşənbə klubunun heyətində saxlamaq istəyirlər. Amma rəsmi müqavilə imzalaya bilmirəm. Çünki "Rəvan" hələ də mənim sənədlərimi göndərməyib".
Savankulov bəyan edib ki, "Rəvan" onun transfer vərəqəsini göndərməsə, o, FİFA-ya müraciət edəcək.
