19 iyul 2014 15:35
UEFA Neftçinin taleyini fransızlara tapşırdı
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Sloveniya “Koper”i ilə “Neftçi” arasında cavab matçına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri- Stephan Luzi, Kiril Sent Krikq Lompre və Sebastyan Moreyra kömək edəcəklər.
UEFA nümayəndəsi Tormod Larsen (Norveç), hakim-inspektor Alfredo Trentalange (İtaliya) olacaq. (klub saytı)
