19 iyul 2014 14:00
Dənizli Beşiktaşda!
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli bundan sonra Türkiyənin "Beşiktaş" klubunda çalışacaq. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis bu komandada idman direktoru vəzifəsini yerinə yetirəcək.
Yaxın günlərdə o, bu posta rəsmi təyinat almalıdı. Artıq bununla bağlı Dənizli ilə klubun vitse-prezidenti Ahmet Nur Çələbi arasında görüş də keçirilib. Dənizli görüşdən sonra bunları söyləyib:
"Qəlbim "Beşiktaş"ladı. Pul önəmli deyil. Əgər mənim komandada olmağımı istəyirlərsə, məmnuniyyətlə "Beşiktaş"ın bir hissəsi olaram".
