19 iyul 2014 13:15
Novruzov Dənizlispora keçir
"Bakı"nın yarımmüdafiəçisi Nurlan Novruzov Türkiyənin "Dənizlispor" klubuna keçməyə yaxındı. Azerisport.az xəbər verir ki, məşqçilər hazırda bu komandada baxışda olan futbolçumuzu bəyəniblər.
Yaxın günlərdə onunla rəsmi müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, "Dənizlispor"da vaxtilə Rail Məlikov, Saşa Yunisoğlu, Arif İsayev kimi futbolçularımız çıxış ediblər.
