19 iyul 2014 01:10

XL yeni transferləri ilə güldü

Xəbər verdiyimiz kimi, Sloveniya toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxan “Xəzər Lənkəran” meydandan qələbə ilə ayrılıb. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar" Latviya təmsilçisi “Yurmala” ilə oyuna aşağıdakı start heyəti ilə çıxıb:

Tərlan Qasimzadə, Tural Cəlilov, Rasim Ramaldanov, Adrian Skarlatake, Aleksandr Şemonayev, Rahid Əmirquliyev (k), Uğur Pamuk, Fernando Qabriel, Ağabala Ramazanov, Junior Nildo, Dejan Blajevski.

Start fiti səsləndikdən az sonra “Xəzər Lənkəran” erkən qola imza atdı. Fernando Qabriel cərimə zərbəsindən birbaşa zərbə ilə uzaq küncü dəqiq nişan aldı. Qoldan sonra ilk hissənin 30 dəqiqəsi nəzərə alınmaqla ərazi üstünlüyü cənubluların tərəfində olsa da, hesab dəyişmədi. İlk hissənin sonuna doğru rəqib komandanın fəallaşdığı və nisbətən daha kəsərli hücumlara qurmağa meyillənməsini də vurğulayaq. İkinci hissə də baş məşqçimiz Oğuz Çətin Ramaldanov - Tieqo, Saşa - Vanderson, Uğur - İvanov, Fernando - Sadiqov, Ramazanov - Elnur Abdullayev əvəzetmələrini həyata keçirdi ki, sona 25 dəqiqə qalmış “Xəzər Lənkəran”ın yeni transferi Rauf Əliyev də Nildonu dəyişməklə debüt etdi. İlk hissənin sonundakı fəallığını ikinci yarıda da davam etdirən rəqib 57-ci dəqiqədə hesabı bərabərləşdirdi. Georgi Diaşvili meydandakı fəallığını qolla tamamlamağı bacardı. Lakin qoldan sonra soyuqqanlı görünən “Xəzər Lənkəran” daha inamlı və topa hakim olmaqla rəqibi tamamən qapısına doğru sıxışdırmağa başladı. Nəticədə 75-ci dəqiqədə Rauf Əliyev və iki dəqiqə sonra Rəşad Sadiqov fərqlənməklə yekun nəticəni müəyyənləşdirdilər - 3:1. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.