18 iyul 2014 00:48
Böyükağa Hacıyev özünü Skolari ilə müqayisə etdi
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev komandasını bu yaxınlarda keçirilmiş dünya çempionatında Almaniyaya 1:7 hesabıyla uduzmuş Braziliya yığması ilə müqayisə edib. Azerisport.az xəbər verir ki, o, "ağ-qaralar"ın Avropa Liqasında Sloveniya "Koper"inə 1:2 hesablı yenilgisindən sonra bunları dilə gətirib:
"Siz məni "Koper"dən iki qol buraxdığımıza görə mühakimə edirsiz? Bəs onda Skolari Almaniyaya 1:7 hesablı məğlubiyyətə görə nə etməlidi? Köçməlidi? Mən həmin Böyükağa Hacıyevəm ki, APOEL səddini keçmişəm. Burada bir qol buraxdıq, gedib orada üç qol vurduq".
