18 iyul 2014 00:42
Georgiyevski: Neftçinin məğlubiyyəti məni də məyus etdi
"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevski "Neftçi"nin Avropa Liqasında Sloveniya "Koper"inə Bakıda uduzması ilə bağlı fikirlərini açıqlayıb. "Ağ-qaralar"ın sabiq futbolçusu keçmiş komandasının məğlubiyyətini azerisport.az saytına açıqlamasında belə şərh edib:
"Düzünü deyim ki, üzgünəm. Heç məsələ vaxtilə bu komandada oynamağımda da deyil. Azərbaycanda artıq neçə ildi çıxış edirəm. Ona görə hər bir klubunuzun uğuru mənim üçün sevindiricidi. "Qarabağ"a da azarkeşlik edirəm. Ümid edirəm ki, hər üç klubumuz növbəti mərhələyə adlaya biləcək".
