18 iyul 2014 12:29
Araz Abdullayev Mahir Şükürovla bağlı sualı cavablandırmaqdan imtina etdi
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı Bakıda keçirdikləri ilk oyundan sonra jurnalistlərə qarşı hörmətsizlik edib. Azerisport.az xəbər verir ki, o, media nümayəndələri ilə söhbət edərkən "Neftçi"dən gedən Mahir Şükürovla onun mövqeyində çıxış edən Məqsəd İsayev arasında nə kimi fərqlər var" sualına cavab verməkdən yayınıb.
O, "belə şeyləri məndən soruşmayın" deyərək, jurnalistlərdən kənarlaşıb.
