18 iyul 2014 00:24
İqor Ponomaryov: İnterin Elfsborqu keçməsi realdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Anatoli Ponomaryov Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı "İnter"inin İsveç "Elfsborq"una qarşı keçirdiyi ilk oyunu şərh edib. Uzun illərdi İsveçdə yaşayan həmyerlimiz komandamızın 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"İnter" bu oyuna çox yaxşı hazırlaşmışdı, əla futbol sərgilədilər. Bakıdakı oyunda da eyni templə oynamaq lazımdı. Bu mərhələni keçmək çox real görünür. Burada yaşayan azərbaycanlıların komandamızı dəstəkləməsinə, Azərbaycan bayraqlarını görməyimə çox sevindim. Azərbaycanın İsveçdəki səfirliyinə buna görə minnətdarlığımı bildirirəm".
