18 iyul 2014 00:18
"Əsl Neftçini Sloveniyada görəcəksiz"
"Neftçi"nin futbolçusu Ernest Nfor Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Birinci hissədə o qədər də yaxşı oynamadıq. İkinci yarıda isə hər şey yaxşı gedirdi. Amma yenə də heç nə edə bilmədik. Siz əsl "Neftçi"ni Sloveniyada görəcəksiz".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.
