18 iyul 2014 00:12

Slavço Georgiyevski: Cavab görüşündə çoxlu azarkeş görmək istəyirəm

Bakı "İnter"inin yarımmüdafiəçisi Slavço Georgiyevski Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib:

"Biz bütün Azərbaycan xalqını sevindirmək istəyirdik. Bu qələbə azarkeşlərimizə çox lazım idi. Çünki hər bir qələbə ölkənin reytinqinə də müsbət təsir göstərir. Cavab oyununda da qalib gəlmək lazımdı".

Oyundakı yeganə qolun müəllifi olan makedoniyalı futbolçu daha çox şanslarının olduğunu da gizlətməyib: "Çox təəssüf ki, ələ düşən fürsətlərin yalnız birindən yararlana bildik. Elə təkcə mənim daha bir qol vurmaq şansım oldu, amma alınmadı.

Qol vurduğum ana gəlincə, mən sadəcə, dəqiq və güclü zərbə vurmağa çalışdım. Şadam ki, alındı. Cavab görüşündə mümkün qədər çox azarkeş görmək istəyirəm. O zaman biz meydanda 11 yox, 25 nəfərlə mübarizə aparmış olacağıq".

Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Bakıda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.