18 iyul 2014 00:06
Nikolov: Ələ düşən bütün şansları dəyərləndirsəydik, basketbol hesabı olacaqdı
Bakı "İnter"inin prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib:
"Çox yaxşı oynadıq. Daha 2-3 qol vurmağa borclu idik. Amma ələ düşən bütün şanslardan yararlansaydıq, basketbol hesabı olardı. Şanslar hələ də bərabərdi. Bakıda da qələbə qazanmalıyıq. Biz hələ mərhələni keçməmişik.
Üçüncü təsnifat mərhələsindəki rəqib? Hələ bu barədə danışmaq tezdi. Amma mən Andorra və ya Lüksemburq təmsilçisi ilə qarşılaşmağımızı istərdim. Bunun mümkünsüz olduğunu bilsəm də".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Bakıda keçiriləcək.
