18 iyul 2014 12:07
İnter Şuşa ilə qarşılaşacaq
Bu gün Bakının "İnter" klubu yoxlama matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, "bankirlər" birinci divizionda çıxış edən "Şuşa" ilə mübarizə aparacaq.
Bu oyunda bir gün əvvəl İsveçdə "Elfsborq"a qarşı görüşdə meydana çıxmayan futbolçular iştirak edəcək. Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan meydana çıxan futbolçular isə istirahət edəcək. Oyun "Şəfa stadionu"nda keçiriləcək.
