Gözəl Qarabağın uğuruna inanır
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya mənəvi dəstəyini əsirgəmir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, uğurlu gündə də, uğursuz məqamda da komandanın yanında olan klub rəsmisi ənənəsinə yenə sadiq qalıb.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səfərdə Malta "Valletta"sı ilə qarşılaşan "Qarabağ" görüşdən 1:0 qalib ayrılmışdı. Bakıya dönər-dönməz komanda ilk məşqinə çıxıb. Və ilk məşqdəcə Tahir bəy komandanı ziyarət edib. Komanda üzvləriylə görüşən vitse-prezident ilk oyundakı qələbə münasibətiylə futbolçuları təbrik edib. Qələbənin vacib olduğunu vurğulayan Gözəl hələ heç nəyin bitmədiyini vurğulayıb. O, 1:0-ın sürüşkən hesab olduğunu bildirsə də, komandaya inandığını və sona qədər dəstəklədiyini bildirib. Komandanın növbəti tura çıxacağına əminliyini ifadə edən Tahir bəy komandaya inamını bir daha nümayiş etdirib.
