18 iyul 2014 18:00
Zalsburqun oyunçusu: Bizim hədəfimiz ÇL-in qrupuna düşməkdi
“Zalsburq” (Avstriya) klubunun üzvü Frants Şimmer Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri olan “Qarabağ” və “Valletta” ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına danışan futbolçu bu sözləri deyib:
"Bu komandaların hər ikisi bizim üçün müəmmalıdı. Amma bu, o demək deyil ki, onlara yuxarıdan aşağı baxmalıyıq. Bizim hədəfimiz ÇL-in qrup mərhələsinə düşməkdi".
