18 iyul 2014 17:55
Zalsburqun kapitanı: Qarabağı tanımıram
“Zalsburq” (Avstriya) klubunun kapitanı Conatan Soriano Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri olan “Qarabağ” və “Valletta” ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 28 yaşlı hücumçu bu sözləri deyib:
"Bu komandaların heç birini tanımıram. Onlar barədə heç nə eşitməmişəm. Amma biz onlara maksimum hörmətlə yanaşmalıyıq. Çünki hər ikisinin üçüncü təsnifat mərhələsinə yüksəlmək şansı var".
