18 iyul 2014 17:30
Yunis Hüseynov: Zalsburq Qarabağ üçün çox güclü rəqibdi
Veteran futbolçi Yunis Hüseynov Azərbaycan çempionu "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibi "Valletta"nı (Malta) keçəcəyi halda Avstriya "Zalsburq"u ilə qarşılaşmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan çempionuna çox güclü rəqib düşüb. Məncə, bu, ağdamlıların üçüncü mərhələdə qarşılaşa biləcəyi ən çətin komandaydı. Komandamıza uğurlar arzulayıram. Bu komanda ilə oyuna yaxşı hazırlaşmaq lazımdı. Şans həmişə var, sadəcə, bundan yararlanmaq lazımdı".
