18 iyul 2014 16:55
Aprel və may aylarının ən yaxşıları
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında 2013/2014 mövsümünün aprel və may aylarının ən yaxşı futbolçularının adları açıqlanıb. Azerisport.az xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi Derlis Meza Kolli aprel ayının, “Qarabağ”ın hücumçusu Reynaldo isə may ayının ən yaxşı oyunçusu seçilib.
Aprel ayında ən yaxşı qolun müəllifi “Qarabağ”dan Riçard Almeyda olub. May ayında vurulmuş ən gözəl qolun müəllifi isə “Xəzər Lənkəran”dan Sadio Tounkaradı. Onların və tədbirə qatılmayan nümayəndələrinin mükafatlandırılması mərasimindən görüntüləri təqdim edirik:
