18 iyul 2014 16:10
Rəşad Sadıqov: Zalsburq Qarabağ və Valletta üçün çox ciddi rəqibdi
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri olan Avstriya "Zalsburq"u barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim bütün diqqətimiz Malta "Valletta"sı ilə cavab matçına yönəlib. Başqa heç nə barədə düşünmürük. Hesab edirəm ki, indidən növbəti rəqibi müzakirə etmək düzgün deyil. Çünki hələ üçüncü mərhələyə vəsiqə qazanmamışıq. Bütövlükdə götürsək, təbii ki, bizim cütün bəxti gətirməyib. Həm "Qarabağ", həm də "Valletta" üçün "Zalsburq" çox ciddi rəqibdi. Asan olmayacaq".
