18 iyul 2014 16:00

Almeyda: Valletta səddini keçək, sonra Zalsburqdan danışarıq

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi

- Malta "Valletta"sı ilə ilk oyunla bağlı təəssüratlarınız necədi?
- "Valletta" yaxşı rəqibdi Çətin oyun oldu, amma şadam ki, qalib gəldik.

- Vura bilmədiyiniz penalti ilə bağlı nə deyə bilərsiz?
- Mən həmişə elə vururam. Amma bu dəfə alınmadı. Əsas odu ki, qələbə qazandıq. Bakıda da qalib gəlməyimiz lazımdı. Bunun böyük və ya minimal hesabla olması önəmli deyil.

- "Zalsburq"la düşməyinizi necə qarşıladınız?
- Biz hələ "Valletta" səddini keçək, sonra növbəti mərhələ barədə danışarıq.

- Cavab oyununda komandadan nə gözləyək?
- Evdə də qələbə qazanmaq istəyirik. Səfərdəki 1 qol ümumi uğur üçün yetərli olmaya bilər. Ümidvaram ki, cavab matçına çoxlu azarkeş gələcək.

- Danilo Diasın gəlişindən sonra komandada braziliyalıların sayı 4-ə yüksəldi. Bu, nədənsə xəbər verir?
- Fikrimcə, biz indi daha keyfiyyətli oyun sərgiləyirik. Bizim yeni mövsüm üçün həm ölkə daxilində, həm də beynəlxalq arenada iddiamız böyükdü. Çempionluq titulumuzu qorumaq və ölkə kubokunu qazanmaq istəyirik. Dias da "Qarabağ"ı gücləndirib. Biz daha yaxşı oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.