18 iyul 2014 15:55
Reynaldo: Ayntraxta keçə bilərdim
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo bəyan edib ki, o, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna keçə bilərmiş. Azerisport.az saytına müsahibəsində o, bununla bağlı aşağıdakıları dilə gətirib:
"Mənim həqiqətən Frankfurt klubuna keçmək variantım var idi. Amma "Qarabağ"a avrokuboklarda kömək etməliydim. Baş məşqçi ilə də danışdım və seçimimi "Qarabağ"dan yana etdim.
Qoy azarkeşlər həyəcanlanmasın. "Valletta" ilə matç mövsümün ilk oyunu idi. Mənim ayaqlarıma çox zərbə endirirdilər, kobud oynayırdılar. Tezliklə azarkeşlər əsl Reynaldonu görəcəklər".
