18 iyul 2014 15:45
Reynaldo: Zalsburq barədə heç nə deyə bilmərəm
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sına qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun oldu. Yaxşı ki, qələbə qazandıq. Danilo Dias niyə oynamadı? Bilmirəm. Qurban Qurbanov belə qərar vermişdi. Danilonun cavab oyununda meydanda olub-olmayacağını deyə bilmərəm. Bizə gözləmək qalır.
"Zalsburq" barədə heç nə deyə bilmərəm. Bizim hələ qarşıda "Valletta" ilə oyunumuz var".
