18 iyul 2014 15:40
Aprel və may aylarının ən yaxşıları açıqlandı
Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının adları açıqlanıb. Azerisport.az xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Derlis Meza Kolli aprel ayının, "Qarabağ"ın hücumçusu Reynaldo isə may ayının ən yaxşı oyunçusu seçilib.
Aprel ayında ən yaxşı qolun müəllifi "Qarabağ"dan Riçard Almeyda olub. May ayında vurulmuş ən gözəl qol isə "Xəzər Lənkəran"dan Sadio Tounkaranındı.
