18 iyul 2014 15:35
Ahmet Sezer: Premyer Liqa iştirakçılarına yeni mövsümdə uğurlar arzulayıram
Bu gün Topaz Premyer Liqasının 2014/2015 mövsümün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən "Azerinteltek"in İdarə Heyətinin Sədri Ahmet Sezer Premyer Liqaya sponsorluq etdiklərindən məmnun olduğu söyləyib:
"Bu gün aprel və may ayının ən yaxşı oyunçularını mükafatlandıracağıq. Bu çempionatın sponsoru olmaqdan qürur duyuruq. Bu birliyin uzun illər davam etməsini istəyirik. Gələcəyin bizim üçün uğurlu olacağına inanıram. Bütün klublara yeni mövsümdə uğurlar arzulayıram".
