18 iyul 2014 15:30
Ramin Musayev: Neftçi səfərdə sözünü deməyi bacarır
Bu gün Topaz Premyer Liqasının 2014/2015 mövsümün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbiri giriş sözü ilə PFL-in prezidenti Ramin Musayev "Neftçi"nin Sloveniya "Koper"inə məğlubiyyətindən də danışıb:
"Avrokuboklarda iştirak edən komandalarımıza uğurlar arzu edirəm. Bizi üzənlər də olacaq. "Neftçi"nin oyunundan narahat olmağa dəyməz. "Neftçi" səfərdə öz sözünü deməyi bacarır. Gəlin əlimizi üzməyək. "Qarabağ" , "İnter"in ardınca "Neftçi"nin də bizi sevindirəcəyinə inanıram".
