18 iyul 2014 15:23
Topaz Premyer Liqasında yeni mövsümün püşkü atıldı
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının yeni mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmada 10 klub iştirak edib.
Püşkatma nəticəsində yeni mövsümün ilk turunda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:
Topaz Premyer Liqası
1-ci tur
Sumqayıt - Qarabağ
İnter - Qəbələ
Bakı - Simurq
Araz Naxçıvan - Neftçi
AZAL - Xəzər Lənkəran
İlk turun oyunları 9-10 avqust tarixlərində keçiriləcək.
