18 iyul 2014 14:45
Yaşar Abbasov Portuqaliya - İsrail oyununda!
FIFA referi köməkçisi Yaşar Abbasovun 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq təmsilçimizin meydana çıxacağı ilk oyun müəyyənləşib.
İyulun 19-da keçiriləcək Portuqaliya - İsrail qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq. Oyunu rumıniyalı FIFA referisi İstvan Kovacs idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Tomas Bognar (Macarıstan) olacaq.
Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir. (AFFA)
