Muarem: Qarabağı növbəti mərhələdə daha ciddi rəqib gözləyir
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sı ilə oyun haqda danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Düzünü deyim ki, bizi Maltada necə rəqib gözlədiyini bilmirdik. Ona görə də oyuna ehtiyatlı başladıq. Növbəti dəqiqələrdə isə oyuna nəzarət etməyə başladıq. İlk oyundakı qələbəyə baxmayaraq, bizi Bakıda çətin oyun gözləyir. Ola bilər ki, maltalılar kənardan zəif görünürlər, amma onlara qarşı oynamaq çətindi. Növbəti rəqibə gəlincə, kiminlə qarşılaşmaq istədiyimizi demək istəmirəm. Çünki biz hələ ikinci təsnifat mərhələsinin qalibi olmamışıq. "Valletta"nı keçəndən sonra asan rəqiblə qarşılaşmayacağımız dəqiqdi. Bizi daha ciddi rəqib gözləyir".
