18 iyul 2014 14:05
Elfsborq Bakıya iyulun 22-də gələcək
İsveçin "Elfsborq" klubu iyulun 22-də Bakıya gələcək. Məşqçi Yan Miyanın azerisport.az saytına verdiyi məlumata görə İsveç təmsilçisi ölkəmizə Höteborq-Frankfurt-Bakı reysiylə gəlməyi planlaşdırır.
İyulun 22-də Bakıda olacaq "Elfsborq" paytaxtda iki məşq keçirmək niyyətindədi. Əgər komanda Bakıya axşam saatlarında çatsa, onda yalnız 1 məşqlə kifayətlənəcək.
